Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: "Allahım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?".
Həmin günün sabahısı bir gəmi səsinə yuxudan ayılır. Gəmi onu xilas etmək üçün gəlmişdi. Kişi onu xilasedənlərdən soruşur: "Siz haradan bilidiniz ki, mən burdayam?" Onlar deyirlər: Biz sənin bizə alov ilə verdiyin əlaməti gördük".
O zaman ki, vəziyyətin xarab olduğunu zənn edirik, hövsələsizlik edib, üsyan edirik. Allah bu əziyyət və çətinliklə bizi imtahana çəkir və hətta üsyan etsək belə, yardım əli həmişə üzərimizdədir.
Ona görə səbir etməyi öyrənməliyik. Bir çətinliklə qarşılaşan zaman Allaha təvəkkül etmişiksə, Ona etimad etməliyik. Çünki O, bizləri anamızdan da çox sevir...