Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək. Bununla əlaqədar Milli Məclisdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb. Layihədə qeyd olunur ki, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir.
Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək. Dəyişikliklərdən biri də yeni xarici pasportların 34 səhifə deyil, 50 səhifə olması ilə bağlıdır. Dəyişikliklərdən biri isə pasport sahibi haqqındakı məlumatların elektron şəkildə yer alması olacaq. Sənədlərin qəbulu şöbəsinin rəisi Nərgiz Məhərrəmovanın ANS-ə verdiyi məlumata görə, yeni xarici pasportlarda elektron daşıyıcılar, yəni çiplər yerləşdiriləcək: "Belə ki, pasport sahibinin üz görünüşü, elektron imzası və barmaq izi həmin elektron daşıyıcılarda göstəriləcək".
Yeniliklərdən biri də xarici pasportların bir neçə tipə bölünməsi və onların rənginə görə fərqlənməsidir. Yəni ümumvətəndaşlara veriləcək pastortların üz qabığının birinci və dördüncü səhifələri tünd yaşıl, xidməti pasportda isə tünd göy olacaq. Diplomatik xidmətlər zamanı veriləcək pasportda isə bu tünd qırmızı rəngdə olacaq. Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.
Nərgiz Məhərrəmovanın sözlərinə görə, yeniliklər sırasına azyaşlılara verilən xarici pasportlar da daxildir. "Pasportlar 1 yaşına qədər olan uşaqlar üçün 1 illik müddətinə, 1 yaşından 3 yaşına qədər olan uşaqlar üçün isə 3 illik müddətinə veriləcək. 3 və 18 yaşlı uşaqlar üçün isə pasportlar 5 illik müddətinə veriləcək. 18 yaşından yuxarı olan uşaqlara 10 illik müddətinə pasportlar veriləcək".
Pasport nümunələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. Pasport almaq üçün ödənilən dövlət rüsumuna gəldikdə isə hələlik burada dəyişiklik edilməyib. Pasport almaq üçün dövlət rüsumu 30 günə 40 manatdır. Əgər vətəndaş 5 günə pasportunu almaq istəyirsə, bu zaman 120 manat ödəməlidir.
Yeni nəsil pasportların verilmə mexanizmi Nazirlər Kabinetinin muvafiq qurumlarla birlikdə 3 ay ərzində hazırladığı layihə əsasında aparılacaq. Köhnə pasport sahibləri vəsiqələrini etibarlılıq müddəti bitəndən sonra yenilərilə əvəzləyərkən yeni formalı pasport alacaqlar. Dəyişikliklər gələn ilin iyunun birindən qüvvəyə minəcək.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda yeni xarici pasportlar necə olacaq? - FOTO
13 Sentyabr 2012 18:48
0 Şərh
Baxış: 7 834

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Realist olun
-
İmtahandan əvvəl bu meyvəni yeyin - Zehniniz açılacaq
-
Bu tələbələr universitetdən KƏNARLAŞDIRILACAQ - AÇIQLAMA
-
Evdən qaçan 5 uşağı və 5 nəvəsi olan qadın TAPILDI: "Ərim məni bıçaqlayıb" - VİDEO
-
Onların sürücülük vəsiqəsi ləğv olunacaq - AÇIQLAMA
-
15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
XƏBƏR LENTİ
-
Anar Vəziroğlu: “Arvadıma “səni sevirəm, ölürəm” deməmişəm”
-
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
-
Dünyanın ən bahalı məktubu satıldı - "Titanik"də sağ qalan sərnişin yazıb
-
Alış-veriş edərkən ən çox nədə səhvə yol veririk
-
“Toyda mənim üçün dava etdi, məni arxa qapıdan göndərdilər”
-
Mayda bürcləri nələr gözləyir - Sağlamlığınıza qarşı diqqətli olmalısınız...
-
Nəfəsin 5 il öncəki halı - tanımaq olmur - FOTO
-
"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
-
Xərçəng, diabet, infarkta səbəb olan maddə tapıldı - Hər evdə var
-
Pul maqneti - Pul cəlb edən pulqabını necə seçməli?
-
25-44 yaş aralığında olanlar üçün təhlükə : Gecə yatarkən...
-
Bu üç qida sizi daha ağıllı edəcək
-
28 övladı , 250-dən çox nəvəsi var - "Ölmək istəyirəm amma ölə bilmirəm"
-
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
-
"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"
-
Günün qoroskopu: Realist olun
-
Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
-
"Skype" bu tarixdə bağlanacaq
-
Messini üstələdi, Ronaldoya yaxınlaşdı
-
Məşhur türk serialı final edir - FOTO
-
Zelenski minerallara dair sazişin detallarını açıqladı
-
"Fənərbağça"nın ulduzu infeksiyaya yoluxdu, mövsüm onun üçün başa çatdı
-
Dəsmallardakı bu izlər nə işə yarayır?
-
Ermənistan silahlı qüvvələrinin Qaradağlıda azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO