Xoruldama, xorultu və ya xorna (çəkmək) - necə istərsinizsə, elə də adlandırın, onsuz da xoruldayanın vecinə deyil, gecəni müsibətlə səhər edən doğmaları, bir də divarlar nazikdirsə, qonşuları olur...
Çoxlarına görə, xoruldamaq, onların yaxınlarının yuxusuz gecələri hesaba alınmazsa, heç bir problem yaratmır. Əslində isə "xor-xorlar"ın "gecə nəğməsi" özündə həyati təhlükə yaşadır.
Xoruldamanın təhlükəsi ondadır ki, o, gec və ya tez yuxulamanın obstruktiv (qışqırtı ilə pozulma) "apnoe sindromu"na keçə bilər: bu zaman "zəngulə" lap yüksəyə qalxarsa, nəfəs almada dayanma, fasilə baş verə bilər. Və bu fasilənin daha uzunmüddətli olmaq və tez-tez təkrarlanmaq təhlükəsi var.
Rusiyanın tanınmış alimi, professor Valeri Svistun bildirir ki, belə vəziyyətdə insan bir daha nəfəs almaya və yuxuda ölə bilər: "Bundan başqa, infarkt, insult baş verər, o səbəbdən ki, nəfəs dayananda təzyiq bir neçə dəfə yüksəlir. Belə mikrohiperkriz gecə ərzində 20-30 dəfə təkrarlana və orqanizm buna dözməyə bilər. Özü də bərk xoruldayan insan yaxşı yata bilmir, süst düşür, çünki beyin istirahət edə bilmir. Kişilərin 25%-də cinsi zəiflik (impotensiya) inkişaf edir, habelə başqa xəstəliklərin bütöv kompleksi baş qaldırır".
Xoruldamaya adətən burun çəpərinin əyriliyi, burundakı ət, xroniki zökəm, dilçəyin böyüklüyü, badamcıq vəzilərinin şişməsi, izafi köklük, siqaret çəkmək, alkoqol və s. səbəb ola bilir.
Xoruldayanda nəfəsin dayanıb-dayanmaması polisomnoqrafiya - yuxunun xüsusi tədqiqi vasitəsilə öyrənilir. Adamı xüsusi cihaza bağlayırlar və yuxunun bütün parametrləri yazılır: xorultunun amplitudası, nəfəsin dayanması, arterial təzyiqin dəyişməsi, xorultu zamanı beynin nə qədər əziyyət çəkməsi və orqanizmin oksigen aclığı və s.
Əgər hətta sizdə nəfəs dayanması olmasa belə, bu o demək deyil ki, sizə müalicə lazım deyil. Apnoe istənilən məqamda baş qaldıra bilər.
Nə etməli?
Təbii ki, ilk növbədə, bu işin həkiminə - otolarinqoloqa müraciət etmək lazımdır.
Bəzən xoruldamaya burun çəpərinin düzəldilməsi, xroniki zökəmdən qurtulmaq, dilçəyin kiçildilməsi, böyümüş badamcıq vəzilərinin götürülməsi çarə olur. Əgər uşaq xoruldayırsa, səbəbi adenoid (udlaq badamcığının şişməsi) ola bilər.
Bəzən adamlar artıq çəkilərinə görə xoruldayırlar. Çünki boyundakı piy yığınları boğazı daraldır. Kök adamın çəkisini hətta 10% azaltması da xorultunu azalda bilər. Daha bir risk faktoru siqaret çəkməkdir. Alkoqol da bu işdə sonuncu rol oynamır, spirtli içkilər boğaz əzələlərini zəiflədir.
Bəzi hallarda bu problemləri aradan qaldırmaqda operativ müdaxilə yetərli olmur, lazer və ya adi skalpeldən istifadə etməklə aparılan əməliyyatların 20-30 faizi nəticə vermir.
Narahat olmağa dəyməz, bu dərdin başqa çarəsi də var.
Bu, SİPAP-terapiya adlanan müalicə üsuludur. Mahiyyəti odur ki, üzə havanı yüksək təzyiqlə verən maska taxılır. Bu, boğaz yolunu genişləndirir və nəticədə hava udlaqdan sərbəst keçir. Bu metodun çatışmazlığı ondadır ki, əvvəla, gərək həmişə maskada yatasan, İkincisi isə, havanın yüksək təzyiqi diskomfort yarada bilər.
Digər üsul - yastığı çox yuxarı qoymaq və yarımoturulu vəziyyətdə yatmaqdır. Lakin bunun effekti azdır. Üstəlik, böyük yastığın onurğaya zərəri var.
Xüsusi həblərə gəldikdə isə, onlar boğazın yolunu daraltsa da, xorultunu kəsmir.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yuxuda ölüm riski: Xoruldamaq
29 Avqust 2012 19:48
0 Şərh
Baxış: 7 309

DİGƏR XƏBƏRLƏR
-
Bakıda Çin maşını alan şəxsin başına görün nə iş gəldi - FOTO
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
“Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
-
Bakının ortasında kanalizasiya "fəlakəti" - Qurumdan AÇIQLAMA
XƏBƏR LENTİ
-
Bu Avropa ölkəsi Rusiyaya nota verdi
-
Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO
-
Ərdoğan Xankəndi ilə bağlı paylaşım etdi - VİDEO
-
Nərimanovda zəncirvari QƏZA - FOTO
-
Bakıda Çin maşını alan şəxsin başına görün nə iş gəldi - FOTO
-
Mətanət "Xəzər axşamı"ndan gedir
-
Klublararası dünya çempionatında ilk yarımfinalçlar bəllidir
-
Bu gün Aşuradır
-
Bu il ən çox qazanan müğənnilər - siyahı
-
Şahruddin İspaniya nəhənginə çağırış etdi: "Real Madrid", mənə zəng et" - VİDEO - FOTO
-
Tikinti materialları bahalaşdı - VİDEO
-
Çinli qız Bakıda 4 aya 400 maşın SATDI - VİDEO
-
Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb
-
Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
-
Sevda rəqsi ilə "yandırıb-yaxdı" - VİDEO
-
Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
-
Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub - FOTO