Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı tələblərə dəyişiklik edilib. Qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Geyim tələblərinə riayət olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll edilməsi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, Trend-in əməkdaşı qaydaların tətbiqini izləmək, məktəbdə aparılan maarifləndirmə işləri və şagirdlərin davamiyyəti ilə tanış olmaq üçün 247 nömrəli məktəbdə olub.

Oktyabrın 12-də məktəbdə şagirdlərin vahid geyim qaydalarına əməl etməsi ilə bağlı monitorinqlər aparılıb. Məktəbə gələn şagirdlərin əksəriyyəti müəyyən olunmuş geyim formasında olub. Bununla yanaşı, geyimində aksesuar olan, həmçinin saç kəsimi məktəbdə uyğun hesab edilməyən şagirdlər gözləmə otağına dəvət ediliblər.
Həmin şagirdlərlə direktor məlumatlandırıcı söhbətlər aparıb. Valideynlər də məktəbə dəvət olunaraq geyim tələbləri barədə yenidən məlumatlandırılıblar.
Beləliklə, məktəbdə qaydaların tətbiqi zamanı həm şagirdlərlə fərdi söhbətlər aparılıb, həm də valideynlərlə əlaqə saxlanılıb. Müəllimlər və valideynlərlə bu istiqamətdə söhbətlərin davam etdirilməsi də nəzərdə tutulur.
Siniflərdəki vəziyyətlə tanışlıq zamanı isə baxış keçirilən davamiyyətin tam olduğu müşahidə edilib. Həmin siniflərdə şagirdlər vahid geyim qaydalarına uyğun formada dərsdə iştirak ediblər.

Məktəbdə maarifləndirmə işləri bu günlə məhdudlaşmayıb. Əvvəlcədən də valideynlərlə vahid geyim qaydaları barədə söhbətlər aparılıb, pedaqoji kollektiv məlumatlandırılıb. Valideynlərin tələblərlə tanış olması üçün məktəbdə elan da yerləşdirilib.
247 saylı məktəbin psixoloqu Gülbəniz Hüseynova açıqlamasında bildirib ki, qərardan irəli gələn tələblərin izah olunması üçün məktəb rəhbərliyi tərəfindən görüşlər keçirilib.

"Bununla bağlı məktəbimizin rəhbərliyi tərəfindən müxtəlif maarifləndirici işlər aparılıb. Valideynlərlə, pedaqoji kollektivlə görüşlər keçirilib və nəzərdə tutulan məsələlər haqqında məlumat verilib. Məktəbdə valideynlər üçün elan yerləşdirilib", - deyə psixoloq qeyd edib.
Onun sözlərinə görə, oktyabrın 12-də məktəbə gələn şagirdlərin əksəriyyəti geyim qaydalarına riayət edib. Tələblərə əməl etməyən şagirdlərin valideynləri ilə isə yenidən söhbət aparılıb.
"Bu gün, ayın 12-də uşaqları məktəbə qəbul etdik. Şagirdlərimizin əksəriyyəti qaydalara riayət edərək məktəbli formasında gəlib. Qaydalara əməl etməyən şagirdlərin valideynləri məktəbə dəvət olunaraq onlarla yenidən maarifləndirici söhbətlər aparılıb", - G.Hüseynova bildirib.
Psixoloq bu prosesdə məktəblə ailə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, valideynlərin vaxtında və düzgün məlumatlandırılması qaydaların tətbiqinə təsir göstərən əsas amillərdəndir.
"Burada məktəb-valideyn əməkdaşlığının rolu çox böyükdür. Məlumatların valideynlərə düzgün və vaxtında çatdırılması, onlarla düzgün münasibətin qurulması işin keyfiyyətinə təsir göstərib", - deyə o əlavə edib.

247 nömrəli məktəbdəki müşahidələr qaydaların tətbiqinin effektiv metodlarla həyata keçirildiyii göstərir. Şagirdlər müəyyən edilmiş formada dərslərdə iştirak edir, geyim və saç kəsimi ilə bağlı sualları olan şagirdlərləvə valideynləri ilə ayrıca söhbətlər aparılır, vahid məktəbli geyimi barədə detallı məlumat verilir.

Maarifləndirmə və valideynlərlə görüşlərin təşkili ilə yanaşı, şagirdlərin tədrisdən geri qalmaması üçün də addımlar atılır. Məktəblərdə geyim qaydaları ailələrə aydın izah edilir və yaranan məsələləri hər bir şagirdin vəziyyətini nəzərə alaraq həll olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər





