“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil Şurası İctimai Birliyi ölkədə sabitliyi, tolerantlıq mühitini və milli-mənəvi dəyərləri hədəf alan, "hicab" mövzusunun manipulyasiya edilərək ictimai-siyasi gərginlik yaratmaq məqsədilə istifadəsinə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.
Milli.Az xəbər verir ki, məlumatda Azərbaycanın konstitusion prinsiplərə əsaslanan, dünyəvi və sivil dövlət olduğu qeyd olunub. Bildirilib ki, ölkəmizdə vicdan və din azadlığı qanunla təmin olunur, müxtəlif dini inanclara malik vətəndaşların dinc yanaşı yaşaması üçün tolerantlıq mühiti mövcuddur.
Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.
Bildirilib ki, xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslər xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuzluğa məhkumdur.
Təhsil Şurasının bəyanatında vurğulanıb ki, Azərbaycan təhsili milli və dünyəvi dəyərlər əsasında formalaşıb. Məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir. Qurum dinin siyasiləşdirilməsinə və dövlətin təməl prinsiplərinə qarşı yönəldilməsinə də etirazını bildirib.
Təhsil Şurası İctimai Birliyi xarici investorları və onların yerli tərəfdaşlarını Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyətin həssas mövzularından istifadə etməklə sabitliyə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.
Eyni zamanda, müəllimlərə, ziyalılara, tələbələrə və valideynlərə bu kimi hallara qarşı diqqətli olmaq, milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumaq çağırışı edilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
XƏBƏR LENTİ
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı





