Cəmiyyət

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika

7 Sentyabr 2026 20:18
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2021-2025-ci illərdə ümumilikdə 93 083 uşaq valideynlərinin boşanmasından sonra onlardan biri ilə yaşamağa davam edib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, son 5 ilin göstəricilərini müqayisə edib.

Belə ki, boşanma nəticəsində valideynlərdən biri ilə qalan uşaqların sayı:

2021-ci ildə - 17 770

2022-ci ildə - 16 334

2023-cü ildə - 21 689

2024-cü ildə - 19 632

2025-ci ildə - 17 658 nəfər olub.

Ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il 21 689 uşaq boşanma nəticəsində valideynlərindən biri ilə qalıb. Sonrakı iki ildə rəqəmdə azalma müşahidə edilsə də, göstərici hələ yüksək olaraq qalır.

2025-ci ildə Azərbaycanda ümumilikdə 20 675 boşanma rəsmiləşdirilib. Onlardan 4284-ü bir uşaqlı, 5900-ü isə iki və daha çox uşağı olan ailələrin payına düşüb.

Ötən il 10 184 boşanma 18 yaşadək uşaqları olan ailələrdə baş verib. Bu isə bütün boşanmaların 49.3 faizi deməkdir.

Müqayisə üçün - 2021-ci ildə uşaqlı ailələrdə 10 414 boşanma qeydə alınmışdı. Həmin vaxt belə ailələrin ümumi boşanmalardakı payı təxminən 61 faiz təşkil edirdi.

Statistikaya əsasən, 2025-ci ildə hər 100 boşanmaya 173 valideynlərdən biri ilə qalan uşaq düşüb. 2023 və 2024-cü illərdə isə bu göstərici 178 olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.