İdman

“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

7 Sentyabr 2026 16:14
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu həftə keçiriləcək ilk turun bütün oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.

Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Nepalda daşqınlar nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

Bundan başqa, komandalar meydana üzərində "Sən tək deyilsən, Nepal" şüarı yazılan pankartla çıxacaqlar.

UEFA-nın prezidenti Aleksander Çeferin bildirib ki, bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznlə başsağlığı vermək və dəstəyini bildirmək üçün birləşəcək.

Qeyd edək ki, "Sabah" "Mançester Yunayted" (İngiltərə) oyunu da bu həftə keçiriləcək. Sentyabrın 10-da "Old Trafford" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.