Cəmiyyət

İlham Mirzəyevin vəziyyəti ağırdır

7 Sentyabr 2026 15:24
Baxış: 1 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır.

"Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.