Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir.
Bir, "Azerconnect", "Azercell", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), "Unibank" və Türkiyənin "Innovance" kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir.
"MoveUP" icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.
Təsisçilərin birgə bəyanatında bildirilir: "Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. "MoveUP" fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir".
İlk "MoveUP" tədbiri icmanın fəaliyyətinə start verdi
Açılış tədbirində təsisçi üzvlər, o cümlədən Bir-in rəhbər heyətinin üzvləri, "MoveUP"ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb.
Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, "MoveUP"ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub.
"MoveUP" icmasına qoşulmaq üçün: moveup.az
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Azərbaycanda hava ilə bağlı son məlumat - Yenilənib
-
İlham Mirzəyevin vəziyyəti ağırdır
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
-
Azərbaycanın valyuta ehtiyatları 8 ayda nə qədər artıb?
XƏBƏR LENTİ
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Şahin Qasımov vəfat etdi
-
Zaur Şəbnəm Tovuzlunun sözlərini belə lağa qoydu – (Video)
-
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
-
Qubada kanaldan meyit tapıldı
-
“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
-
Azərbaycanda hava ilə bağlı son məlumat - Yenilənib
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı, oğlu infarkt oldu
-
Dünyada mazut qıtlığı gözlənilir - Səbəb
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Aysunun toyda canlı ifası müzakirə yaratdı - (Video)
-
Lavrov Qərbi Rusiyanı qarət etməkdə ittiham etdi
-
Dünyanın ən gözəl qızı seçildi - (Fotolar)
-
Meksikada kilsədə güclü partlayış: 10 ölü, 81 yaralı - (Video)
-
İlham Mirzəyevin vəziyyəti ağırdır
-
Türkiyəli məşhurun toyu oldu: Gəlinə kiloqramlarla qızıl taxıldı - (Video)
-
Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
-
Gəncədə güclü külək irigövdəli ağacı aşırıb
-
Əhməd Məmmədzadə azadlığa buraxıldı
-
Koxalskinin yeni klubu bəlli oldu
-
Azərbaycanın valyuta ehtiyatları 8 ayda nə qədər artıb?





