Valeh Kərimov işsiz qalıb: “Deyirlər ki, bunun ömrü qurtarıb”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hazırda işsizəm. Teatr mövsümü başlasa da, heç bir teatrdan mənə müqavilə bağlamaq təklifi gəlməyib. Bütün günümü evdə keçirirəm. Yaşıma görə heç yerdə işə götürmürlər. Aktyorun teatrsız qalması balığın susuz qalması deməkdir".
Milli.Az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
82 yaşlı sənətkar işsiz qalmağın onun üçün asan olmadığını bildirib:
"Nə deyəsən, başqa çarə yoxdur. Qanun belə deyir. Çox vaxt evdə oluram. Hərdənbir çölə çıxıram. Yeni Yasamalda maşın və insan əlindən ayaq qoymağa yer yoxdur, hara gedim? Axşamlar xəbərləri izləyirəm. Krossvord həll edib vaxtımı keçirirəm".
Xalq artisti yaşının sənət fəaliyyətinə maneə kimi qəbul edilməsindən də gileylənib. O bildirib ki, 82 yaşında olmasına baxmayaraq, özünü hələ də gənc hiss edir:
"Mən yaşıma görə özümü yaxşı hiss edirəm. Amma kənardakılar yaşı əsas götürüb deyirlər ki, bunun ömrü qurtarıb. Mənim kimi çox adam var. Ətrafa baxıb təsəlli tapıram".
Qeyd edək ki, Valeh Kərimov Azərbaycan teatr və kino sənətinin tanınmış simalarındandır. O, müxtəlif illərdə çoxsaylı yaddaqalan obrazlar yaradıb. Aktyor xüsusilə "Bəxt üzüyü" filmində canlandırdığı "Moşu" obrazı ilə tamaşaçıların yaddaşında silinməz iz qoyub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur





