Cəmiyyət

Şirkətlər 256 milyon manatı "Bank Respublika"dan geri çəkib

16 İyul 2026 15:57
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bank Respublika" 2026-cı ilin ilk yarısında depozit portfelində ciddi azalma qeydə alıb.

Milli.Az xəbər verir ki, maliyyə göstəricilərinə əsasən, bankın ümumi depozit portfeli iyulun 1-nə 1 milyard 99 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 19 faiz və ya 257,4 milyon manat azalma deməkdir. İlin əvvəlində bankın depozit portfeli 1 milyard 357,2 milyon manat olub.

Azalma əsasən hüquqi şəxslərin depozitləri hesabına baş verib. Belə ki, şirkətlərin bankdakı vəsaitləri son 6 ayda 256 milyon manat azalıb. Hüquqi şəxslər üzrə depozit portfeli 753,4 milyon manatdan 497,4 milyon manata düşüb.

Fiziki şəxslərin əmanətlərində isə cüzi dəyişiklik qeydə alınıb. Əhalinin bankdakı əmanətləri 1,4 milyon manat azalaraq 603,7 milyon manatdan 602,3 milyon manata enib.

Hesabat dövrünün sonuna bankın ümumi öhdəlikləri 2 milyard 447,4 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 1,2 faiz azdır.

Eyni zamanda, bankın cəmi aktivləri də 0,3 faiz azalaraq 2 milyard 717 milyon manat təşkil edib.

Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 faizi Natiq Quliyevə, 18,46 faizi Elçin Quliyevə, 8,47 faizi Namiq Quliyevə, 5,45 faizi Şakir Rəhimova, 4,22 faizi SIDT-yə, 0,08 faizi isə digər səhmdarlara məxsusdur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.