3 Azərbaycan universiteti dünyanın TOP 800-lüyünə daxil oldu - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi 2027-ci il üzrə "QS World University Rankings" siyahısını açıqlayıb. Nəticələr Azərbaycan ali təhsil sistemi üçün əlamətdar göstəricilərlə yadda qalıb.
Belə ki, ölkə tarixində ilk dəfə olaraq 3 Azərbaycan universiteti dünyanın ən yaxşı 800 universiteti sırasında yer alıb. Eyni zamanda, TOP 1000-də təmsil olunan yerli universitetlərin sayı 6-dan 7-yə yüksəlib. Reytinqə daxil olan Azərbaycan universitetlərinin ümumi sayı isə 10-a çatıb.
Ən böyük irəliləyişlərdən biri Bakı Dövlət Universitetinə məxsusdur. Universitet 123 pillə yüksələrək dünyanın 565-ci universiteti olub. Azərbaycan Dövlət İqtisad Universiteti əvvəlki 801-850 aralığından 634-cü yerə yüksəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851-900 aralığından 711-720-ci yerlər aralığınadək irəliləyib.
Bundan başqa, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti də mövqelərini yaxşılaşdıraraq reytinqdə daha yüksək pillələrə qalxıblar.
Sumqayıt Dövlət Universiteti ötənilki mövqeyini qoruyub saxlayıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti isə ilk dəfə olaraq QS dünya reytinqində yer almağa nail olub.
Maraqlı məqamlardan biri də odur ki, QS reytinqində təmsil olunan Azərbaycan universitetlərinin sayı Cənubi Qafqazın digər ölkələrinin universitetlərinin ümumi sayından təxminən 2,5 dəfə çoxdur.
Xatırladaq ki, 2025-ci ilə qədər heç bir Azərbaycan universiteti QS reytinqinin TOP 800-lüyündə təmsil olunmamışdı. İlk uğur 2025-ci ildə əldə edilmiş, həmin il 1 universitet TOP 800-ə daxil olmuşdu. 2026-cı ildə isə bu göstərici 3 universitetə yüksəlib.
Qeyd edək ki, builki QS dünya universitetləri reytinqinə 106 ölkədən 1500-dən çox ali təhsil müəssisəsi daxil edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)





