İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya (bundan sonra - ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi) ödəniləcək.
Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi məqsədilə imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən,
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin 2027-2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.
Bundan başqa şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısını;
bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddini;
ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Fərman 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-dək qüvvədədir.
DİGƏR XƏBƏRLƏR
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
XƏBƏR LENTİ
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Tiktoker Arzum: “Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
-
Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
-
Lavrovla Fidan görüşdü
-
Svetlana Loboda Moskvadakı malikanəsini 850 milyon rubla satdı - FOTO
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Türkiyədə ard-arda 62 zəlzələ oldu
-
Zəngəzur Milli Parkından gözqamaşdıran FOTOlar
-
Elgiz İlhamə Quliyeva ilə son FOTOsunu yaydı
-
Sabah paytaxtda və rayonlarda neçə dərəcə isti olacaq?
-
ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü





