"Qızımı bir qaibə görə kəsiblər, diplom ala bilməyəcək, psixoloji durumu ağırlaşıb" - Direktor iddialara cavab verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin tələbəsinin anası övladının haqsız yerə kəsildiyini iddia edir.
Bu barədə Milli.Az-a şikayət daxil olub.
Valideynin sözlərinə görə, qızı Esmira Dəmirova Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində 3 ildir ödənişli əsaslarla təhsil alır və yüksək akademik göstəricilərə malikdir. O bildirib ki, qaib limiti 15-dir. Övladının isə 16 qaibi var. Buna görə də imtahanlara buraxılmaması və diplom ala bilməməsi nəzərdə tutulur:
"Uşağım əlaçıdır. Bir qaibə görə həm diplomdan, həm də universitetə qəbul imtahanı vermək imkanından məhrum olur. Xəstə olub, panik atak problemi var. Direktorun yanına gedib xahiş etdim, amma kömək edilmədi. Başqa tələbə yoldaşlarından da gəlməyənlər olub, amma onlar kəsilməyib. Sırf mənim uşağımı bilir ki, yaxşı oxuyur, əlaçıdır, universitetə qəbul olacaq, buna görə qəsdən kəsir. Deyir ki, 500 manat ödə, gələn il də oxusun. Mənim uşağım əlaçı ola-ola niyə mən bir də 500 manat ödəməliyəm? Niyə mənim uşağım bir il arxaya düşməlidir?"
Valideyn həmçinin qızının psixoloji durumunun ağırlaşdığını və onun gələcəyi ilə bağlı ciddi narahatlıq keçirdiyini qeyd edib.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran İnşaat Kollecinin direktoru Şəhla Abbasova səsləndirilən iddialarla razılaşmayıb.

Direktor bildirib ki, tələbə ilə bağlı qərar şəxsi münasibətlər əsasında deyil, təhsil qanunvericiliyinin tələblərinə uyğun verilib.
"Valideyn iddia edir ki, tələbənin 16 qaibi var. Lakin sənədlərə əsasən həmin tələbənin praktikadan 18 qaibi mövcuddur. Jurnallar da mövcuddur və istənilən şəxs gəlib baxa bilər. Mən heç bir tələbə ilə şəxsi qərəzlilik aparmıram".
Onun sözlərinə görə, tələbə praktika məşğələlərində demək olar ki, iştirak etməyib və semestr ərzində cəmi bir-iki dəfə dərsə gəlib:
"Dayısı və anası gəlmişdi. Sonra dayısı başladı danışmağa ki, "gəlin bu məsələni insani şəkildə həll edək, bütün müəllimləri yığıb qonaqlıq verərəm, yeməyə-içməyə apararam". Mən də cavab verdim ki, "çox sağ olun, amma buna ehtiyac yoxdur. Heç kimin nəyəsə ehtiyacı yoxdur". Əlavə etdim ki, "o pulu belə işlərə xərcləməkdənsə, uşağa taksi tutardınız, dərsə gələrdi". Yəni, mən heç kimdən rüşvət tələb etməmişəm".
Direktor qeyd edib ki, müəllim tərəfindən səhv yazılmış qaib aşkarlanarsa, həmin qaib silinir, lakin qanuni şəkildə qeyd olunan qaiblərin ləğvi mümkün deyil.
"Təhsil qanunvericiliyinə əsasən, tələbə dərslərin müəyyən hissəsini mənimsəməyibsə, həmin fənni yenidən keçməlidir. Bu qaydalar bütün tələbələr üçün eynidir. Mən həmin qanunları tətbiq edirəm".
Kollec rəhbəri həmçinin valideynin və tələbənin təhsil müəssisəsinə gələrək məsələni jurnalistlərin iştirakı ilə araşdırmasına hazır olduğunu bildirib.
"Valideyn də, tələbə də gəlsin. Jurnallara baxaq, müəllimləri dinləyək, bütün məsələləri araşdıraq. Heç kimdən rüşvət tələb olunmayıb və heç kimə qarşı qərəzli münasibət göstərilmir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma





