39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Milli.Az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, tədqiqatçılar bildirirlər ki, yeni peyvənd mövcud və gələcəkdə ortaya çıxa biləcək müxtəlif koronavirus növlərinə qarşı genişmiqyaslı qorunma təmin etmək məqsədi daşıyır.
Layihənin əsas məqsədi yalnız COVID-19 variantlarına deyil, həm də gələcəkdə insanlara keçə biləcək yeni koronaviruslara qarşı immun müdafiə yaratmaqdır.
Araşdırma çərçivəsində müxtəlif koronavirusların genetik məlumatları süni intellekt sisteminə yüklənib. Sistem bu məlumatları təhlil edərək, immun sistemini bütöv virus ailəsinə qarşı hazırlaya biləcək xüsusi "super-antigen" hazırlayıb.
Antigenlər peyvəndlərin əsas komponentlərindən biridir və immun sisteminə virusları tanımağı öyrədir.
Layihənin rəhbərlərindən biri olan Conatan Hini bildirib ki, bu, insanların iştirakı ilə sınaqdan keçirilən ilk süni intellekt tərəfindən hazırlanmış antigendir.
Onun sözlərinə görə, bu yanaşma gələcək pandemiyalara hazırlıq baxımından mühüm dönüş nöqtəsi hesab oluna bilər: "Bu, pandemiyalara qarşı hazırlıq strategiyasında fundamental dəyişiklikdir".
Peyvəndin təhlükəsizliyini qiymətləndirmək məqsədilə keçirilən ilk klinik sınaqda 39 könüllü iştirak edib. Hazırda daha genişmiqyaslı ikinci mərhələyə hazırlıq gedir və bu mərhələdə təxminən 200 nəfərin iştirak edəcəyi gözlənilir.
Alimlər ikinci mərhələnin peyvəndin immun sisteminə təsiri barədə daha ətraflı nəticələr təqdim edəcəyini bildirirlər.
Tədqiqatçılar eyni texnologiyadan istifadə etməklə qrip və Ebola viruslarına qarşı da universal peyvəndlərin hazırlanması üzərində işləyirlər.
Sınaqlarda iştirak edən Saul Faust süni intellektlə hazırlanmış peyvənd texnologiyasının böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, virusların sürətlə mutasiyaya uğradığı dövrlərdə bu yanaşma xüsusilə əhəmiyyətli ola bilər.
Araşdırmanın nəticələri "Academic Infection Journal"da dərc olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Toyda unudulmaz an - (Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
XƏBƏR LENTİ
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları





