Cəmiyyət

Temperaturun kəskin dəyişməsi orqanizmə necə təsir edir?

4 İyun 2026 01:01
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havanın qəfil istiləşməsi və ya soyuması insan orqanizmi üçün ciddi risk yarada bilər. Xüsusilə temperaturun qısa müddətdə kəskin dəyişməsi ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan şəxslərə daha çox təsir göstərir.

Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, temperatur fərqlərinin artması ölüm riskini, eləcə də ürək-damar problemləri ilə bağlı təcili tibbi yardım müraciətlərini yüksəldə bilər.

Həkimlərin sözlərinə görə, hava dəyişiklikləri zamanı orqanizmdə stres hormonlarının səviyyəsi artır, immun sisteminin fəaliyyəti isə zəifləyir. Bu da virus infeksiyalarına yoluxma ehtimalını artırır.

Mütəxəssislər isti havalarda günün ən isti saatlarında açıq havada olmamağı, kifayət qədər su içməyi və sərin mühitdə qalmağı tövsiyə edirlər. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.