Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, temperatur fərqlərinin artması ölüm riskini, eləcə də ürək-damar problemləri ilə bağlı təcili tibbi yardım müraciətlərini yüksəldə bilər.
Həkimlərin sözlərinə görə, hava dəyişiklikləri zamanı orqanizmdə stres hormonlarının səviyyəsi artır, immun sisteminin fəaliyyəti isə zəifləyir. Bu da virus infeksiyalarına yoluxma ehtimalını artırır.
Mütəxəssislər isti havalarda günün ən isti saatlarında açıq havada olmamağı, kifayət qədər su içməyi və sərin mühitdə qalmağı tövsiyə edirlər.
Asya
Milli.Az