Xaçmazda “Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün nəzərdə tutulmuş "Nağıl" istirahət parkı istifadəyə verilib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli sahibkarlar, şəhid ailələri, qazilər və uşaqlar iştirak ediblər.
Park rayonun ictimai həyatında fəal iştirak edən sahibkar Qasım Muradovun maliyyə dəstəyi ilə inşa edilib. Ərazidə uşaqların sağlam istirahəti, fiziki və intellektual inkişafı üçün müxtəlif attraksionlar, müasir oyun qurğuları, rahat oturacaqlar və yaşıllıq zonaları yaradılıb. Parkın ərsəyə gəlməsində peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin də zəhməti olub, onların əldə etdikləri bilik və bacarıqlardan parkın ayrı-ayrı elementlərinin hazırlanmasında istifadə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər rəsmi qonaqlar parkda yaradılan şəraitlə tanış olub, uşaqları bayram münasibətilə təbrik ediblər. Elnur Rzayev qeyd edib ki, uşaqların qayğısına qalmaq və onlara layiqli gələcək bəxş etmək dövlətimizin prioritet vəzifələrindəndir. Belə sosial layihələr uşaqların inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm zəmin yaradır.
Tədbir mədəni-kütləvi proqramla davam edib. Körpələr evi-uşaq bağçalarının kollektivləri və məktəblilər müxtəlif bədii kompozisiyalarla çıxış ediblər. Sonda şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azyaşlının həyatını belə xilas etdi - VİDEO
-
Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
-
Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Dərman qiymətlərində dəyişiklik EDİLDİ - RƏSMİ
-
Masallıda əməliyyat: 14 kiloqram narkotik dövriyyədən çıxarıldı
-
Qəfil vəfat edən müğənnini son GÖRÜNTÜSÜ - VİDEO
-
Türkiyəli professor tanınmaz halda - FOTO
-
Motosikletçilər üçün də ödəniş tətbiq olundu
-
Vəfat etmiş idmançının beyni onlara veriləcək
-
Ödənişli yolun qiyməti AÇIQLANDI - RƏSMİ
-
Xaçmazda “Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilib - FOTO
-
Əməkdar artist illər sonra EFİRƏ ÇIXDI - VİDEO
-
Abituriyentlərin diqqətinə: Bu gündən qeydiyyat başladı
-
Prezident Qurban Qurbanovu təltif etdi
-
Qubanın 3 kəndinin adı dəyişdirilib
-
Fransalı məşhur futbolçu karyerasını başa vurdu
-
Gürcüstanda təhlükəli virus aşkarlandı
-
Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib - YENİLƏNİB
-
Elgiz bağında müğənnilərə qonaqlıq verdi - VİDEO
-
Bakıda bir mənzil yox, bütöv bina qiymətinə maşın satılır - FOTO
-
40 yaşında karyerasını BİTİRDİ
-
Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?
-
Ölkə bu VİDEO-dan danışır: 5 yaşlı qızı 8 yaşlı oğlan XİLAS ETDİ





