Ödəniş edib əsgərliyə getmək istəməyənlərə MÜHÜM XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər.
Milli.Az xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
"Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır".
Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən kriteriyalara cavab verən şəxslər üçün ödənişli hərbi xidmət və ya alternativ xidmət mexanizmi tətbiq ediləcək:
"Hazırda qanunvericilik buna imkan vermir. Amma gələcəkdə bu məsələyə baxılacaq. Böyük ehtimalla qardaş Türkiyədə, Gürcüstanda və digər ölkələrdə olduğu kimi onların təcrübəsinə əsasən belə metod tətbiq edilə bilər. Bunun üçün qanunvericilik uyğunlaşdırılmalıdır".
Ü.Cəfərov qeyd edib ki, alternativ xidmət haqqında qanun uzun müddətdir müzakirə olunsa da, hələ yekunlaşdırılmayıb.
"Dini etiqadı, fiziki göstəriciləri və ya digər səbəblərlə hərbi xidmət keçə bilməyən şəxslər üçün alternativ mexanizm yaradılması həm dövlət, həm də vətəndaş baxımından faydalı olacaq.
Əgər hansısa vətəndaşın müəyyən səbəbdən hərbi xidmət keçmək imkanı yoxdursa, o şəxs müəyyən ödəniş etməklə dövlət qarşısındakı borcunu başqa formada yerinə yetirmiş sayılacaq".
Hərbi ekspert əlavə edib ki, Azərbaycan Ordusunun türk modelinə uyğunlaşdırılması prosesi davam edir və bu istiqamətdə hüquqi dəyişikliklərin də gələcəkdə gündəmə gəlməsi mümkündür.
"Bu qanun yaxın gələcəkdə, bəlkə də bir neçə il ərzində qəbul oluna bilər. Amma burada əsas məsələ odur ki, hər kəs pul ödəyib hərbi xidmətdən yayına bilməyəcək. Bunun üçün konkret şərtlər və kriteriyalar müəyyən edilməlidir", - deyə o, vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhidin illər öncəki ifası KÖVRƏLTDİ - VİDEO
-
ADY bayram günlərində bu qrafikdə işləyəcək
-
TƏBİB-dən qərar - İki yüksək təyinat birdən - KİMLƏRDİR?
-
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
-
Ölkədə “arvad” ifadəsi ləğv olunur? - TƏKLİF
-
Xızı rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Şəhidin illər öncəki ifası KÖVRƏLTDİ - VİDEO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
İranda internetlə bağlı yeni qərar verildi
-
"AZPULMAT" müştərilərindən 71 milyon cərimə yığıb
-
ADY bayram günlərində bu qrafikdə işləyəcək
-
Azərbaycanlı aparıcının hamiləlik FOTOları
-
Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova
-
AFFA "Qarabağ"və "Neftçi"ni cərimələdi
-
TƏBİB-dən qərar - İki yüksək təyinat birdən - KİMLƏRDİR?
-
Paytaxtın bu ərazisində DİQQƏTLİ OLUN - Yol çökür - FOTO
-
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
-
Ölkədə “arvad” ifadəsi ləğv olunur? - TƏKLİF
-
1 porsiya yeməyə 43 min verdi - VİDEO
-
Xızı rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
-
Ödəniş edib əsgərliyə getmək istəməyənlərə MÜHÜM XƏBƏR
-
"Mətanətlə Almaz qorxaqdır, pulu yolda qucaqlayıb gətirərlər"
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
“Neftçi”nin futbolçusu Kipr klubuna keçir
-
2-ci nəvəsi dünyaya gəldi
-
Abubakar “Neftçi”dən getdi
-
“Arka sokaklar”la bağlı qərar dəyişdi: Final olacaqdı...
-
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub
-
Türkiyədə hoteldə yanğın: Ölən var
-
Ölkəyə 35 kq narkotik keçirilməsinin qarşısı alınıb





