AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Latviya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və nümayəndə heyəti Azərbaycan Respublikasının Latviyadakı Səfirliyini ziyarət edib. Səfər çərçivəsində ölkəmizin Latviyadakı Konsulu Bəxtiyar Musayev ilə rəsmi və olduqca məhsuldar bir görüş baş tutub.
Milli.Az xəbər verir ki, görüş zamanı AQC İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc rəhbərlik etdiyi qurumun genişmiqyaslı fəaliyyəti, Azərbaycanın qiymətləndirmə sektorunda həyata keçirilən köklü islahatlar və qazanılan uğurlar barədə cənab konsula ətraflı məlumat verib. V. Oruc xüsusilə vurğulayıb ki Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti sayəsində ölkədə qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun qəbul edilib və bu, sahənin inkişafında yeni bir mərhələnin əsasını qoyub. O, həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndiricilərin peşə ixtisas imtahanlarının keçirilməsini və bu prosesdə AQC-nin yaxından iştirakını diqqətə çatdırıb.
AQC-nin beynəlxalq müstəvidəki fəaliyyətinə toxunan İdarə Heyətinin sədri, cəmiyyətin Türk dünyası miqyasında qiymətləndiricilərin inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri olduğunu qeyd edib. Eyni zamanda, AQC-nin qlobal arenada mövqeyinin gücləndiyini bildirən V. Oruc, qurumun Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinə (IVSC) üzv qəbul edildiyini və Avropa Qiymətləndiricilər Birlikləri Qrupuna (TEGOVA) üzvlüklə bağlı rəsmi müraciətin edildiyini konsulun diqqətinə çatdırıb.
Azərbaycanın Latviyadakı Konsulu Bəxtiyar Musayev AQC nümayəndə heyətini rəsmi nümayəndəlikdə salamlamaqdan böyük məmnunluq duyduğunu ifadə edib. Konsul, Azərbaycanın peşəkar institutlarının beynəlxalq səviyyədə, xüsusilə Avropa məkanında uğurla təmsil olunmasına və bu istiqamətdə göstərdiyi yüksək fəallığa görə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, AQC heyətinə Latviya səfəri çərçivəsində keçirəcəkləri görüşlərdə və gələcək beynəlxalq fəaliyyətlərində uğurlar arzulayaraq, səfirlik tərəfindən hər zaman lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.
Görüşün sonunda tərəflər xatirə fotosu çəkdirib.
Qeyd edək ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov, sədr müavini Nail Həşimov, sədrin müşaviri İradə Şükürova, Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Asif Yusubov və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü Ellada Rüstəmova iştirak ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Sabahdan bu avtobusların hərəkəti dəyişəcək - RƏSMİ
-
AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
-
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
-
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
-
Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi
XƏBƏR LENTİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə... - FOTO
-
“Zaur “əzik”, bir maşına satılan kişi idi” - Əməkdar artist
-
Sabahdan bu avtobusların hərəkəti dəyişəcək - RƏSMİ
-
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
-
"Bitcoin" yenidən ucuzlaşdı
-
AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
-
"Sadat Quliyev və onun adamları məni və ailəmi ölümlə hədələyir" – "BT News" kanalının müəllifi ilə MÜSAHİBƏ
-
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
-
Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO
-
Bu ölkədə güclü zəlzələ oldu
-
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
-
Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi
-
Fələstin məsələsində dünya dəyişir: Vaşinqton təzyiq altında
-
Alimenti ödəyə bilməyənlərin yerinə pulu kim ödəyəcək? - VİDEO
-
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
Saat 10:00-dan Bakının bu ərazilərində işıq KƏSİLİR
-
Həbs qərarı verilən Serenay Sarıkayadan ilk AÇIQLAMA
-
İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ
-
Gürcüstana gedənlərə VACİB XƏBƏR - Əlavə 12 manat da ödəməlisiniz
-
"Gülləri siz gətirməliydiniz, mən məzarınıza yox..."
-
Azərbaycanın quru sərhədləri AÇILIR? - Gözlənilən dəyişiklik
-
Neft bazarında sürpriz artım - “Azeri Light” 114 dolları keçdi





