Bu şəxslərin pensiyası ikiqat ARTACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu proses 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib".
Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
V.Bayamovun sözlərinə görə, bu il işləyən pensiyaçıları daha fərqli və sərfəli mexanizm gözləyir. O qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.
Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat.
Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK
-
Bu halda ağac və kolların kəsilməsinə icazə VERİLƏCƏK
-
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar möhtəşəm konsert keçirildi - FOTO
-
Minlərlə müəllim üçün həlledici mərhələ başlanılıb - FOTO
-
103 nömrəsi ilə bağlı vacib DƏYİŞİKLİK - Alternativ nömrə təqdim edildi
-
1-ci sinfə qəbul üçün mühüm mərhələ bitir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edir
-
Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK
-
Bu halda ağac və kolların kəsilməsinə icazə VERİLƏCƏK
-
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar möhtəşəm konsert keçirildi - FOTO
-
"O, anasının qəbrinin üstündə saat reklamı EDİRDİ"
-
Minlərlə müəllim üçün həlledici mərhələ başlanılıb - FOTO
-
Kaya Kallas Azərbaycana səfər edəcək
-
103 nömrəsi ilə bağlı vacib DƏYİŞİKLİK - Alternativ nömrə təqdim edildi
-
1-ci sinfə qəbul üçün mühüm mərhələ bitir
-
Ağgöldən möhtəşəm görüntülər: lalə dənizi diqqət çəkdi - FOTOlar
-
Benzema Vinisiusu təbrik edib - FOTO
-
Mehman Dadaşovdan 7 kq narkotik vasitə aşkarlandı
-
137 aptek yoxlanıldı - Nöqsanlar AŞKARLANDI
-
Azərbaycanda dollar ucuzlaşacaq? - ARAŞDIRMA
-
Turalbəy Mehdiyevə hansı cəza VERİLDİ?
-
Gəmidə virus aşkarlandı - Ölənlər var
-
Bağlanan verilişi yenidən canlı yayımla QAYITDI
-
Saat 14:00-dan bu ərazilərdə qaz KƏSİLƏCƏK
-
Tələbə olmaq istəyənlərə VACİB XƏBƏR - Son tarix açıqlandı
-
Əməkdar artist 20 yaş "GƏNCLƏŞDİ" - VİDEO
-
Bu şəxslərin pensiyası ikiqat ARTACAQ
-
Nazirliyin Kollegiya üzvlərinin sayı 7-dən 5-ə endirildi - Kimlər çıxarıldı?
-
Eyni məhsul rayonda ucuz, Bakıda baha satılır - Qiyməti kim artırır?
-
Azərbaycanlı tələbə Türkiyədə qəzada ÖLDÜ





