Tələbə olmaq istəyənlərə VACİB XƏBƏR - Son tarix açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına start verilib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.
Bildirilib ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını (https://eservices.dim.gov.az/erizebak/subbak/subbak.aspx) təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms" xəbərdarlıq gələcək. Bundan sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
1996-2008-ci il təvəllüdlü (30.04.2008-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrın elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.
30.04.2008-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK
-
Bu halda ağac və kolların kəsilməsinə icazə VERİLƏCƏK
-
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar möhtəşəm konsert keçirildi - FOTO
-
Minlərlə müəllim üçün həlledici mərhələ başlanılıb - FOTO
-
103 nömrəsi ilə bağlı vacib DƏYİŞİKLİK - Alternativ nömrə təqdim edildi
-
1-ci sinfə qəbul üçün mühüm mərhələ bitir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edir
-
Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK
-
Bu halda ağac və kolların kəsilməsinə icazə VERİLƏCƏK
-
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar möhtəşəm konsert keçirildi - FOTO
-
"O, anasının qəbrinin üstündə saat reklamı EDİRDİ"
-
Minlərlə müəllim üçün həlledici mərhələ başlanılıb - FOTO
-
Kaya Kallas Azərbaycana səfər edəcək
-
103 nömrəsi ilə bağlı vacib DƏYİŞİKLİK - Alternativ nömrə təqdim edildi
-
1-ci sinfə qəbul üçün mühüm mərhələ bitir
-
Ağgöldən möhtəşəm görüntülər: lalə dənizi diqqət çəkdi - FOTOlar
-
Benzema Vinisiusu təbrik edib - FOTO
-
Mehman Dadaşovdan 7 kq narkotik vasitə aşkarlandı
-
137 aptek yoxlanıldı - Nöqsanlar AŞKARLANDI
-
Azərbaycanda dollar ucuzlaşacaq? - ARAŞDIRMA
-
Turalbəy Mehdiyevə hansı cəza VERİLDİ?
-
Gəmidə virus aşkarlandı - Ölənlər var
-
Bağlanan verilişi yenidən canlı yayımla QAYITDI
-
Saat 14:00-dan bu ərazilərdə qaz KƏSİLƏCƏK
-
Tələbə olmaq istəyənlərə VACİB XƏBƏR - Son tarix açıqlandı
-
Əməkdar artist 20 yaş "GƏNCLƏŞDİ" - VİDEO
-
Bu şəxslərin pensiyası ikiqat ARTACAQ
-
Nazirliyin Kollegiya üzvlərinin sayı 7-dən 5-ə endirildi - Kimlər çıxarıldı?
-
Eyni məhsul rayonda ucuz, Bakıda baha satılır - Qiyməti kim artırır?
-
Azərbaycanlı tələbə Türkiyədə qəzada ÖLDÜ





