Cəmiyyət

Eyni məhsul rayonda ucuz, Bakıda baha satılır - Qiyməti kim artırır?

4 May 2026 10:51
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rayonlarda yetişdirilən məhsulun ucuz qiymətə satılması, amma paytaxtda eyni məhsulun bir neçə dəfə baha təklif olunması uzun illərdir müzakirə olunan məsələlərdən biridir.

Bəs, bunun səbəbi nədir?

Milli.Az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Qeyd edib ki, cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir.

Onun sözləriə görə, bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var. 

Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur:

"Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir".

Bildirib ki, ikinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.

Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır:

"Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.