Bakıdan Kürdəmirə ilk rəmzi sərnişin qatarı yola düşüb.
Milli.Az xəbər verir ki, Kürdəmirə qatarla səyahət edən ilk sərnişinlər media nümayəndələridir.
Kürdəmirə dəmir yolu ilə sərnişin daşınmasına isə aprelin 18-dən start veriləcək.
Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı 17 aprel tarixindən başlayır.
Xatırladaq ki, Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işlərinə bu ilin fevralında başlanılıb.
Milli.Az





