Bu ərazilərdə sürüşmə aktivləşə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər ölkə ərazisində yağıntıların intensivləşməsi səbəbilə bəzi bölgələrdə sürüşmə yenidən aktivləşə bilər.
Milli.Az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Xəzər Xəbər"ə bildirib.
Onun sözlərinə görə, hazırda bir neçə zonada aktivlik müşahidə olunur. Qeyd edib ki, ölkənin dağlıq və dağətəyi əraziləri, xüsusilə Böyük Qafqazın cənub yamacı və eroziyaya məruz qalmış torpaq sahələri sürüşmə baxımından riskli hesab edilir.
Bildirib ki, Bakı və Abşeron yarımadasında relyefi dik olan sahələrdə, o cümlədən Bayıl yamacında və antropogen yüklənmənin yüksək olduğu ərazilərdə sürüşmə ehtimalı mövcuddur. Ə.Əliyevin sözlərinə görə, Böyük Qafqazın cənub və şimal-şərq yamacları yəni, Balakəndən Qobustana, eləcə də Quba-Qusar istiqamətinə qədər olan ərazilərdə yağıntıların çoxluğu torpaq qatının ağırlaşmasına səbəb olur və bu da sürüşmə riskini artırır.
Ekspert Badamdar, Günəşli və Əhmədli ərazilərində baş verən sürüşmələri xatırladaraq bu zonalarda xüsusilə diqqətli olmağın vacibliyini vurğulayıb.
O, həmçinin ölkənin seysmik vəziyyətinə də toxunaraq bildirib ki, Azərbaycan ümumilikdə seysmik aktiv zonada yerləşir. Ən yüksək aktivlik isə Şamaxı, İsmayıllı və şimal-qərb ilə cənub-şərq bölgələrində müşahidə olunur:
"İl ərzində minlərlə xırda zəlzələ qeydə alınır və seysmik aktivlik olan ərazilərdə sürüşmə ehtimalı daha yüksək olur. Bu səbəbdən belə zonalarda yaşayanların daha diqqətli olması tövsiyə edilir".
Mina
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
XƏBƏR LENTİ
-
Bu bürclərin kişiləri sizi aldatmayacaqlar
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb





