Cəmiyyət

NİYYƏT GECƏSİDİR - Bunlara mütləq əməl EDİN

18 Fevral 2026 11:09
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və orucların tutulmasının ilk niyyət axşamıdır. 

Milli.Az xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Artıq sabahdan etibarən Ramazan ayı başlayır. Bu ay islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan ayı islam dünyasında ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə olunur.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü fevralın 19-na,  Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.