Cəmiyyət

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib - FOTO

16 Fevral 2026 19:29
Baxış: 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə "Qaranlıqdan sonra" adlı xüsusi tədbir keçirilib.

Milli.Az xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib.

Sonra reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.

Bədii hissədə sığınacağın uşaqları ilə bərabər, Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

Sonda "Azərbaycan Uşaqları" İctimai Birliyinin "Özgə uşağı olmur" himni səsləndirilib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.