Cəmiyyət

Bu marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLİR

13 Fevral 2026 17:52
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Milli.Az xəbər verir ki, 14 fevral saat 00:00-07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən "Buta Palace" yaxınlığındakı yolötürücüyə qədər, 15 fevral tarixində isə əks istiqamətdə "Buta Palace" yaxınlığındakı yolötürücüdən Aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Belə ki, 14 fevral tarixində (saat 00:00-07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) - Zığ şosesi - 57-ci Suraxanı küçəsi-56-cı Suraxanı küçəsi-Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") istiqamətində hərəkət edəcək. 15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") - 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) - Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.