Məşhur quru təmizləmə şirkəti 21 min manatlıq libası YARARSIZ HALA saldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb.
Milli.Az xəbər verir ki, bununla bağlı müştəri şirkəti məhkəməyə verib.
İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib.
AGNA tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız hala düşüb və onun istifadə edilməsi, yaxud bərpası mümkün olmayıb.
Müştəri ziyafət paltarının bu vəziyyətə düşməsi səbəbinin aydınlaşdırılması üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyindən bəlli olub ki, paltardakı nöqsanlar peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara zidd olub.
O da məlum olub ki, həmin ziyafət paltarı müştərinin sifarişi ilə Rusiyada "Ulyana Sergeyenko" Moda Evi tərəfindən hazırlanıb.
Nəsimi Rayon Məhkəməsi müştərinin iddiasını təmin edib. Qərara əsasən, AGNA MMC vurulmuş ziyana görə 1 085 000 Rusiya rublu - ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə müştəriyə ödəməlidir. Bundan başqa, ekspertiza xərci və dövlət rüsumunu da şirkətin öhdəliyində qalıb. /Teleqraf
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistan pasportlarında Ağrı dağı simvolu LƏĞV EDİLDİ
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Bakı-Tiflis qatarı hansı sürətlə gedəcək? - RƏSMİ
-
Elektron yerdəyişmə prosesi müvəqqəti dayandırılacaq
-
ABŞ və Rusiya liderləri harada görüşəcəklər?
-
Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"
-
Rusiya son sutkada Ukraynanın 780 PUA-sını vurub
-
Bakı-Tbilisi qatarlarında biletə nələr daxildir?
-
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
-
Bu küçələrə maşınla girmək qadağan EDİLDİ
-
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı
-
Kəmalənin qalmaqallı mahnısından danışdı: "Ana-bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?"
-
Bu yaşdan sonra təhlükə artır - Sümüklərlə bağlı vacib xəbərdarlıq
-
Gürcüstana giriş-çıxışa icazə VERİLİR - Bu tarixdən
-
5 ayda 10 minə yaxın travma: Ən çox bu hallar baş verir
-
Afət Fərmanqızının müzakirə yaradan GÖRÜNTÜSÜ - VİDEO
-
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
-
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
-
Tramp ailəsinə aid yeni iddia
-
Tbilisiyə qatarla bu qiymətə GEDƏCƏYİK - RƏSMİ
-
"Atama heç bir hissim OLMAYIB"
-
Türkiyədə saxlanılan azərbaycanlı ölkəyə gətirildi
-
Bu hal saatlar sonra ölümcül ola bilər - Valideynlərə XƏBƏRDARLIQ





