Azərbaycanda bir ailə üçün qış tətili neçəyə başa gəlir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə Azərbaycanda qış turizmi sürətlə inkişaf edən və turistlərin maraq göstərdiyi əsas səyahət və istirahət sahələrindən birinə çevrilib. Qış mövsümündə yerli və xarici turist axını mehmanxana infrastrukturuna olan tələbatı əhəmiyyətli dərəcədə artırır.
Bu dövrdə hotellərlə yanaşı, günlük kirayə mənzillər də turistlər üçün alternativ və çevik yerləşmə imkanı yaradır. Xüsusilə ailəvi istirahətə üstünlük verən və daha sərbəst şərait axtaran turistlər üçün kirayə mənzillər həm qiymət, həm də rahatlıq baxımından cəlbedici hesab olunur. Hotellər isə beynəlxalq standartlara uyğun xidmət səviyyəsi, təhlükəsizlik və əlavə istirahət imkanları ilə qış turizminin əsas dayaqlarından biri olaraq qalır.
Qış mövsümündə Azərbaycanda hotel və fərdi evlərdə günlük kirayə qiymətləri hansı aralıqda dəyişir?
Milli.Az xəbər verir ki, mövzuyla bağlı Trend-ə məlumat verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycanda turizm sektoru 2025-ci ili təxminən 2%-lik geriləmə ilə başa vurub.
"Hazırda qış fəslindəyik və mövsümə uyğun olaraq ölkəyə xaricdən gələnlərin sayı az olsa da, ölkə daxilində dinamika qalmaqdadır. Yerli sakinlərin hesabına ölkə daxilində turizm sahəsində aktivlik müşahidə edilir. Daha çox paytaxta yaxın ərazilərə yerli turistlərin səfərləri müşahidə olunur".
Ekspert bildirib ki, turistlər hazırda daha çox qış təsisatlarının olduğu Quba, Qusar və Qəbələ istiqamətlərinə səfərlər edirlər.
"Bu bölgələrdəki beşulduzlu hotellərdə bir gecəlik qalmaq haqqı 200-300 manat, fərdi evlərin bir günlüyü 50 manatdan 150 manatadək, villalarda isə qiymətlər 100-500 manat aralığında dəyişir. Təbii ki, qeyd etdiyim qiymətlərə həftəsonları, bayram günləri də təsirini göstərir. Bu bölgələrlə yanaşı, Lənkəran, İsmayıllı, Gəncə, Naftalan istiqamətlərinə də gedən turistlərimizin sayı az deyil. Həmin bölgələrdə hotel və mənzillərin günlük istifadə haqqı daha aşağı olur", - deyə o əlavə edib.
Turizm eksperti Əziz Şiriyev Trend-ə açıqlamasında bildirib ki, regionlarda qış günlərində dincəlmək üçün insanların bəziləri yalnız beşulduzlu hotellərə, bəziləri isə müalicəvi istirahət mərkəzlərinə üz tuturlar.
Onun sözlərinə görə, Qalaaltı hazırda təmirdədir deyə, insanlar Lənkəran istiqamətinə yönəlirlər. Hazırda hotellərdə qismən durğunluq dövrüdür deyə müxtəlif endirim kampaniyaları təklif edilir.
Ə.Şiriyev vurğulayıb ki, hazırda turizm cəhətdən Qəbələ və Qusar istiqaməti də populyardır:
"Qusarda Şahdağ turizm kompleksi, Qəbələdə isə Qəbələ Tufandağ turizm kompleksləri xizək və kanat xətlərinə görə məşhurdur".
Mütəxəssislərin fikrincə, qış turizminə marağın artması regionlarda yerləşmə xidmətləri bazarında rəqabəti gücləndirir və qiymətlərin mövsümə uyğun formalaşmasına səbəb olur. Gözləntilərə görə, qarşıdakı aylarda daxili turizm axınının davam etməsi bu sahədə aktivliyi qoruyub saxlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Nadir İsmayılov vəfat etdi
XƏBƏR LENTİ
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub





