Daxili İşlər Nazirliyinin rəsmi saytında deyilir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilin yekunları ilə bağlı kollegiya iclasında çıxışında bildirib. Nazir qeyd edib ki, qanunsuz saxlanılan 1115 odlu silah və 166 mindən çox patron götürülüb. Odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 72 fakt olmaqla, 2008-ci illə müqayisədə sabit qalıb.
R.Usubov həmçinin deyib ki, hesabat dövründə bütün subyektlər üzrə 22830 cinayət qeydə alınıb. Adamları girov götürmə və banditizm cinayətləri isə, ümumiyyətlə, baş verməyib.
Onun sözlərinə görə, qanunsuz dövriyyədən 1 ton 23 kiloqram narkotik vasitə çıxarılıb. Bu tip cinayət əməlinə görə, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
Daxili işlər orqanlarının keçirdiyi "Xaş-xaş-2009" şərti adlı kompleks əməliyyat-profilaktik tədbirləri ilə ümumi çəkisi 453 tondan artıq narkotik tərkibli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.
Ötən il 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunub, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilib.
Yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub. İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Nazir: “Ötən il Azərbaycanda adamı girovgötürmə və banditizm cinayətləri baş verməyib”
29 Yanvar 2010 13:54
Baxış: 1 360

DİGƏR XƏBƏRLƏR
-
Evində kirayə qaldığı üçün işdən imtina etdi
-
Hava limanında azərbaycanlı ailənin çantasından çıxanlar ŞOK ETDİ: 18 kiloqram... - VİDEO
-
Bakıda qeyri-etik reklam lövhəsi yığışdırıldı: Var-yoxuna nəhlət... - VİDEO
-
Kamaləddin Qafarov: “Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
-
"Telegram"da yeni funksiya - FOTO
-
AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI - FOTOlar
XƏBƏR LENTİ
-
"Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır" - VİDEO
-
Erməni bloqer Rusiyada həbs edildi
-
“Bir həftəyə 7 mindən çox əsgər ölüb” - Tramp
-
İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?
-
Bağça müəllimi olmaq istəyənlərin nəzərinə!
-
Funda Ararın illər sonra dəyişimi təəccübləndirdi - FOTO
-
Kadırovun oğluna daha bir medal verildi - VİDEO
-
Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir - Ərdoğan
-
Bu il məktəblər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR
-
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub - FOTO
-
"Qalatasaray"dan 30 milyon avroluq transfer gəlir
-
Altı ay komada qalan yeniyetmə vəfat etdi - FOTO
-
Verilişinə gəldiyi Mətanətin adını bilmədi - VİDEO
-
ABŞ COVID-19 peyvəndlərini geri çağırır - zərərli imiş?
-
Zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik edib
-
İrem Derici xəstəxanalıq oldu - acınacaqlı vəziyyətdəddir - FOTO
-
Bakıda yük maşını ilə BMW toqquşdu - VİDEO
-
Ağdərədə yanğın başladı
-
26 il sonra yenidən qalib gəldi
-
İran hava limanında İsrailin "ölüm sərgisi"
-
Qiiyməti 2 milyondan 5 milyona qaldırdı
-
Sabah 2801 abonentin qazı kəsiləcək - YENİLƏNİB
-
Bakıda yataqxanada yanğın - üç nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB