Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatında bildirilib.
Məlumata görə, sözügedən yerlərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.
Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.
Milli.Az





