Cəmiyyət

"Bu, xarici qüvvələrin milli və ailə dəyərlərimizi məhv etmək planıdır" - Əli Vəliyev

30 Yanvar 2026 14:35
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xaricdən Azərbaycanın istənilən ailəsinə hücum ümumi Azərbaycan ailəsinə, ailə dəyərlərinə hücumdur".

Bu fikirləri tanınmış jurnalist, Manset.az xəbər portalının Baş redaktoru Əli Vəliyev bildirib. O, daha sonra qeyd edib:

"İllərlə qorunub saxlanılan, milli-mənəvi dəyər kimi qorunan Azərbaycan ailəsinə ləkə yaxmaq, qarayaxma kampaniyası aparmaq eyni zamanda milli-mənəvi dəyərlərimizə ləkə yaxmaqdır. Bu, xarici qüvvələrin milli dəyərlərimizi məhv etmək planıdır. Bu əxlaqsızlığa, mənəviyyatsızlığa son verilməlidir. Tarixən Azərbaycan kişisinin ən böyük mənəvi dəyəri onun Azərbaycan qadınına verdiyi dəyər olub. Lakin kişilikdən uzaq insanların qadınımıza vurmaq istədiyi ləkə həmişə özlərinə yapışıb. Çünki başqasına ləkə yaxarkən əvvəlcə öz əlin çirklənir...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.