Cəmiyyət

MM-də dayanıqlı şəhərsalma və urbanizasiya prosesləri ilə bağlı konfrans keçiriləcək

23 Yanvar 2026 10:19
Baxış: 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisdə dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri və sosial hüquqlarla bağlı konfrans keçiriləcək.

Milli.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar Azərbaycanda dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri və sosial hüquqlarla bağlı konfransın keçirilməsi planlaşdırılır.

Həmçinin, "Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar" mövzusunda və rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, "deepfake" və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalın hazırlanması İş Planına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.