Cəmiyyət

İlkin ödəniş etdi, amma maşın verilmədi - "Changan Auto"dan CAVAB

20 Yanvar 2026 15:39
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt sakini Fuad Kərimov 2025-ci ilin avqust ayında ilkin ödənişlə "Changan Auto"dan ikinci əl avtomobil alıb.

Milli.Az xəbər verir ki, o, maşını alandan 8 gün sonra yaranan problemlə əlaqədar servislə əlaqə saxlayıb.

Şikayətçi bildirib ki, servis əməkdaşları problemi həll edəcəklərini vəd etsələr də, bu söz yerinə yetirilməyib:

"İndiyə qədər 7 min manat ödədim, amma nə ödənişim geri qaytarılır, nə yeni avtomobil təqdim olunur, nə də problem həll olunur. Yarım il avtomobilsiz qalmalıyam, amma ödənişləri etməliyəm?"

Məsələ ilə bağlı "Changan Auto" açıqlama verib:

"Şirkət vətəndaşın qarşılaşdığı problemdən xəbərdardır. Servis əməkdaşlarının məsuliyyətsizliyi, koordinasiyanın düzgün qurulmaması səbəbindən vətəndaşla avtosalon arasında anlaşılmazlıq yaranıb. Bununla bağlı müştəri ilə danışılıb, problem tez bir zamanda aradan qaldırılacaq".

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.