Cəmiyyət

Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş - FOTO

17 Yanvar 2026 13:43
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

O bildirib ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında icra başçısı ikən Şuşada müəmmalı şəraitdə qətlə yetirilib.

Qeyd edək ki, Müşfiq Gözəlov polis zabiti kimi bir sıra vəzifələrdə çalışıb, hazırda Daxili İşlər Nazirliyində məsul postlardan birini tutur.

Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.

Xatırladaq ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.