“Evimiz uçur, hələ də qərara gələ bilmirlər...” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yanvarın 12-si evimizin altında yerləşən su borusu partlayıb, amma qurumların heç biri məsələyə baxmır".
Milli.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Səbuhi Məmmədov müraciət edib.
Şikayətçi bildirib ki, 4 gün əvvəl Xətai rayonu, Rəşid Bağırov 30 ünvanında yerləşən evlərinin altındakı su və kanalizasiya borusu partlayıb: "Evimin altı yuyulub. Dostumun evində qalıram. Evə girib-çıxa bilmirik, yaşamaq da mümkün deyil. Bütün əşyalarımızı çıxarmışıq, ev hazırda boşdur".
S.Məmmədov iddia edir ki, evlərinin çıxarışı olmadığı üçün heç bir dövlət qurumu məsələyə münasibət bildirmək istəmir: "Bizdə "JEK"in sənədidir, ev kitabçasıdır, çıxarış olmadığı üçün qurumlar məsələyə baxmır. Fövqəladə Hallar Nazirliyinə (FHN), "Azərsu"ya və Xətai Rayon İcra Hakimiyyətinə müraciət elədik, gəlib baxdılar. Hadisə ilə bağlı məlumatları var. Amma heç kim nəsə bir iş görmür, kompensasiya olmur. Neçə gün keçib, evimiz uçur, amma hələ də qərara gələ bilmirlər".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq qeyd edildi ki, ünvanda yerləşən tikili fərdi yaşayış evi olduğuna görə FHN-in səlahiyyətində olmayan məsələdir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə saytımıza bildirildi ki, Xətai rayonu NZS qəsəbəsi Rəşid Bağırov küçəsində şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 mm-lik kollektorda qəza baş verib: "Qəza fərdi yaşayış evinin altındadır. Qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Qəza yanvarın 12-də axşam saatlarında baş verib, dərhal əməkdaşlar hadisə yerinə gediblər. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub. Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavininə, FHN-in Tikintiyə Nəzarət İdarəsinin rəhbərliyinə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq".
Hadisə ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq.
Xatırladaq ki, bənzər hadisə ötən ilin noyabrında Yasamal rayonu 2-ci Alatava ərazisində fərdi yaşayış evinin həyətində baş vermişdi. Borunun partlaması nəticəsində həyətini su basan vətəndaşa rəsmi cavab olaraq bildirilmişdi ki, sanitar qovşaq diametri 500 mm olan magistral içməli su xəttinin üzərində tikildiyindən qəzanın aradan qaldırılması üçün həmin tikili sökülməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma





