Cəmiyyət

Pensiyalar yenə artacaq – RƏSMİ

15 Yanvar 2026 12:47
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2026-cı ildə DSMF büdcəsində əsas pay əhaliyə ödənişlərin payına düşür. 

Milli.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Bildirib ki, ümumi xərclərin 96,6 faizi yəni 8,2 milyard manat əhaliyə sosial ödənişlərin həyata keçirilməsinə yönəldiləcək. Bunun 8 milyard manatı pensiya xərcləridir.

Eyni zamanda nəzərə çatdırıb ki, pensiyaların indeksləşdirilməsi üzrə təxminən 636 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 

Bundan əlavə, 2026-cı il büdcə xərcləri kəsirinin maliyyələşdirilməsi üçün DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılacaq.

Qeyd olunub  ki, 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcə göstəricilərinə əsasən, Fondun ümumi xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 806 milyon manat və ya 10,5 faiz artım deməkdir.

Büdcə gəlirləri isə 8 milyard 323 milyon manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlər də əvvəlki illə müqayisədə 706 milyon manat və ya 9 faiz artacaq. Pensiyalardakı artım dinamikası bu il də davam edəcək.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.