Cəmiyyət

“Qazı kəsdilər, bu soyuqda odun peçinə möhtac qaldıq” - ŞİKAYƏT

13 Yanvar 2026 12:41
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində aşkar edilmiş metan qazı ilə əlaqədar yaranmış vəziyyətə dair məlumat yaymışdı. 

Milli.Az xəbər verir ki, həmin andan etibarən sakinlərə qazın verilişi dayandırılıb. Bu soyuqda isə sakinlər odun peçi istifadə edirlər. Onlar bu halın nə qədər davam edəcəyindən narahatdırlar. 

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə qaz təminatı dayandırılıb:

"Vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilib. "Azəriqaz" İstehsalat Birliyi həmin fərdi yaşayış evlərinə mavi yanacağın verilişini bərpa etməyib. Məqsəd abonentlərin təhlükəsizliyinin qorunmasıdır". 

Sözügedən problemlə bağlı Fövqəladə Hallar Nazirliyindən isə qeyd edildi ki, araşdırmaların nəticələrinə əsasən, təkliflər ən qısa müddətdə aidiyyatı qurumlara təqdim ediləcək. Atılacaq növbəti addımlar barədə ictimaiyyətə müvafiq məlumatlar veriləcək. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.