Cəmiyyət

Gəmi kapitanı iş başında öldü

8 Yanvar 2026 15:34
Baxış: 1 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib.

Milli.Az xəbər verir ki, kapitanın gəmidə insult keçirərək öldüyü bildirilir.

Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Z.Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulub. O, 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.