Cəmiyyət

Yüksək vəzifə verilən Anar Qocayev məşhur polkovnikin qardaşı oğludur - FOTO

6 Yanvar 2026 12:42
Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət Baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayev Azərbaycanın məşhur polkovnikinin qardaşı oğludur.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində idarə rəisi təyin edilən Anar Qocayev keçmiş polis rəisi, həmçinin Ədliyyə Nazirliyinin regional icra xidmətinin rəisi olmuş polkovnik Nizami Qocayevin qardaşı oğludur.

Belə ki, Anar Qocayev Nizami Qocayevin qardaşı, keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifə tutmuş Eldar Qocayevin oğludur

Fotoda Nizami Qocayev

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.