Cəmiyyət

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib - FOTO

5 Yanvar 2026 18:34
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.

Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.

Bu tibb ocağı 2023-cü ildə "Joint Commission International" (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.