Narkotik gömrükdən necə keçir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın gömrük orqanları narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin qarşısının alınması istiqamətində müasir texniki vasitələrdən, kinoloji xidmətdən və operativ nəzarət mexanizmlərindən geniş istifadə edir.
Milli.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elmir Şirinov deyib.
E.Şirinov bildirib ki, narkotik və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə daşınma üsulları illər keçdikcə dəyişir və qaçaqmalçılar gömrük nəzarətini aldatmaq üçün müxtəlif metodlara əl atırlar. Əvvəllər narkotiklərin əsasən nəqliyyat vasitələrinin konstruksiyalarında gizlədildiyi qeyd olunur. Bu məqsədlə avtomobillərin ayrı-ayrı hissələri kəsilir, sonradan yenidən bərpa edilirdi.
Onun sözlərinə görə, 2025-ci ildən etibarən daha fərqli üsullara rast gəlinir. Belə ki, narkotik vasitələr bəzən tez xarab olan ərzaq məhsullarının, tərəvəz və meyvələrin içərisində gizlədilərək daşınır. Məqsəd isə gömrük nəzarətinin bu tip yüklərə daha operativ və sürətli yanaşmasından sui-istifadə etməkdir. Qaçaqmalçılar hesab edirlər ki, tranzit daşımalar zamanı tez xarab olan məhsullar səthi yoxlanıla bilər:
"Buna baxmayaraq, gömrük əməkdaşlarının sayıqlığı, texnoloji avadanlıqların və kinoloji xidmətin effektiv fəaliyyəti bu cəhdlərin qarşısını alır. Qeyd edilib ki, məhz bu tədbirlər nəticəsində 14 noyabr 2025-ci il tarixində İran İslam Respublikasından Estoniyaya tranzit daşınma zamanı Azərbaycan ərazisindən keçirilməyə cəhd edilən ümumilikdə 455 kiloqram narkotik vasitə aşkar edilərək bunun qarşısı alınıb".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - (Foto/Video)
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto/Video)
-
Peru mətbuatı Zəfər Günündən yazıb
XƏBƏR LENTİ
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)





