Cəmiyyət

Azərbaycan atları Afrika xəstəliyindən azaddır – RƏSMİ

26 Dekabr 2025 15:30
Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan atlarının Afrika xəstəliyindən azad ölkə statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunub.

Bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, atların Afrika xəstəliyi üzrə AQTA-nın gördüyü işlər yüksək qiymətləndirilib.

Belə ki, cari il ərzində atların Afrika xəstəliyi üzrə monitorinqlər keçirilib və nəzarət tədbirləri görülüb. Tələb olunan zəruri məlumatlar əsasında müvafiq hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim edilib.

Görülən işlər nəticəsində 2025-ci il üzrə Azərbaycanın atların Afrika xəstəliyindən mövcud olan azad ölkə statusu 2026-cı ilin sonunda növbəti hesabat təqdim edilənə qədər ÜHST tərəfindən təsdiq olunub.

Aysel 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.