Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Vaqif Bağırov vəfat edib.
Milli.Az xəbər verir ki, cərrah 73 yaşında dünyasını dəyişib.
Mərhum 2014-2021-ci illərdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri işləyib.
2021-ci ildən indiyə kimi həkim-cərrah kimi fəaliyyət göstərirdi.
Milli.Az





