Xaçmaz Rayon İcra Hakimiyyəti və rayonun əlaqədar təşkilatları tərəfindən rayon ərazisində təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi məqsədilə ardıcıl tədbirlər görülür.
Milli.Az xəbər verir ki, rayon ərazisindən keçən çayların sahillərində və çay yataqlarında mütəmadi olaraq təmizlik işləri aparılır.
Bildirilir ki, Qudyalçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində də monitorinqlər aparılıb və aşkarlanan məişət tullantılarının daşınması təmin edilib. Bunun üçün əraziyə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.
Rayon ərazisində təmizlik və abadlıq işləri ardıcıl olaraq davam etdiriləcək.
Milli.Az





