İtən əşyanın sahibi 1 il aşkarlanmasa tapanın olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir insan həyatının müəyyən dövründə maddi və ya mənəvi əhəmiyyət daşıyan bir əşyanı ya itirib, ya da təsadüfən tapıb. Belə hallarda ən çox maraq doğuran sual itirilmiş əşyaların sonrakı taleyi və onların hüquqi statusu ilə bağlıdır.
Bəs itmiş əşyaların taleyi necə olur?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərovun bildirdiyinə görə, Mülki Məcəllənin 186-cı maddəsi itirilmiş əşyalarla bağlı münasibətləri tənzimləyir. Qanunvericiliyə əsasən, hər hansı şəxs itmiş əşya tapdıqda bu barədə dərhal əşyanın sahibinə, sahib məlum olmadıqda isə hüquq-mühafizə orqanlarına məlumat verməli və tapıntını təhvil verməlidir:
"Əgər tapılan əşya barədə müvafiq qaydada məlumat verildikdən sonra bir il ərzində onun sahibi ortaya çıxmazsa, həmin əşya onu tapan şəxsin mülkiyyətinə keçir. Sahibi sonradan əşyanı geri tələb edərsə, tapıntını tapan şəxs əşyanın dəyərinin 5 faizinə qədər bəxşiş istəmək hüququna malikdir. Bununla yanaşı, əşyanın saxlanılması üçün çəkilmiş xərclərin də ödənilməsi tələb oluna bilər".
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur. Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır: "Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?
-
Əli Əsədov bu sənədi təsdiq etdi
-
Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
XƏBƏR LENTİ
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?
-
Aysun İsmayılova: "Dizayner idim, gördüm ki, çörək müğənnilikdədir"
-
Əli Əsədov bu sənədi təsdiq etdi
-
Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
-
Azərbaycanda payız yay havasına döndü
-
Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubuna qarşı
-
Sabahdan bu məhsulların ixracı kəskin bahalaşacaq
-
"Səni sabah bu gündən daha çox sevəcəyəm"
-
Azərbaycan nefti bahalaşdı
-
Sergen Yalçının Türkiyə millisindəki qazancı bəlli oldu
-
Qarabağ xalçası Peruda muzeydə nümayiş etdiriləcək
-
Qazın qiyməti ucuzlaşdı
-
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
-
Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
-
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir





