Cəmiyyət

Azərbaycanda yeni park salınır - FOTO

21 Dekabr 2025 21:55
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad rayonunun Alar kəndinin mərkəzində park salınır.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, kənd bələdiyyəsi tərəfindən salınan park yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.

Məlumata görə, park kənd sakinləri tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına salınır.

Belə ki, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda zəruri şərait yaradılacaq.

Burada uşaq oyun-əyləncə meydançası və oturacaqların quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, son dövrlər kənd ərazisində mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır. Kənddaxili yolların işıqlandırılması istiqamətində zəruri tədbirlər görülüb, uzun illər mövcud olan problem aradan qaldırılaraq yolların işıqlandırılması təmin edilib. Eyni zamanda, ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində köhnə Ələt-Astara magistral yolunun bu kənddən keçən hissəsinin ətrafındakı fərdi yaşayış evlərinin qarşısında yol boyu zibil qutuları yerləşdirilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.