Sumqayıt–Bakı istiqamətində sürətli ekspres avtobuslar istifadəyə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər gün minlərlə insan Bakı şəhərinə işləmək, təhsil almaq və müxtəlif şəxsi məqsədlərlə səfər edir. Bu da paytaxta doğru olan nəqliyyat axınını xeyli artırır. Son illər şəxsi avtomobillərlə hərəkətin çətinləşməsi, tıxacların artması səbəbindən vətəndaşlar ictimai nəqliyyata , xüsusilə avtobuslara daha çox üstünlük verməyə başlayıb.
Həmçinin avtobus zolaqlarının yaradılması da insanların avtobuslara üz tutmasının əsas səbəblərindəndir. Belə ki, bu zolaqlarda avtobuslar daha sürətli hərəkət edə bilir, bu isə insanların ünvana daha tez və vaxtında çatmasına şərait yaradır. Eyni zamanda, avtobusla səyahət şəxsi avtomobillə müqayisədə həm daha sərfəlidir, həm də daha təhlükəsiz hesab olunur.
Sərnişin tələbatını nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ceyranbatan və Sumqayıt istiqamətlərindən paytaxt istiqamətində bir sıra yeni avtobus marşrutları xəttə buraxılıb.
AYNA-nın mətbuat katibi Tural Orucov, sözügedən avtobuslarla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq ətraflı məlumat verib.
Qeyd edib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 502, 509, 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir.
Eyni zamanda Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və "Xocəsən" metrostansiyasından keçən 505 nömrəli avtobus sərnişindaşıma xidməti təqdim edir.
H.Z.Tağıyev qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut, Sumqayıt şəhəri - "Binə" ticarət mərkəzi marşrutu üzrə fəaliyyət göstərən 509 nömrəli marşrut sərnişinlərə xidmət göstərir.
Paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri də təşkil edilib.
Vətəndaşların müraciətləri nəzərə alınaraq, Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata tələbatını təmin etmək üçün 508 nömrəli marşrut istifadəyə verilib. Marşrut Saray qəsəbəsini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.
Noyabrın 1-dən Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Belə ki, sərnişin axını nəzərə alınaraq 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.
Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə noyabrın 12-dən AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib. Marşrut üzrə ekoloji cəhətdən təmiz, 18 metrlik böyüktutumlu avtobuslar sərnişinlərə xidmət göstərir.
Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev Parkı) götürən hər iki marşrutun (500 və 503) son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsidir.
Eyni zamanda, Sumqayıt şəhərinin Sülh küçəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 123 nömrəli marşrut da fəaliyyət göstərir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
XƏBƏR LENTİ
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib





