Rey Kərimoğlu: “Bir çox hallarda onların problemlərini həll edə bilirik” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə şəhərində minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi "Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək" layihəsi çərçivəsində Gəncə şəhərində da minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.
Milli.Az bildirir ki, bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:
"Təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib.
Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq Gəncə rayonunda sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Ya Bakıda və digər şəhərə, rayona köçüblər, ya da xarici ölkələrdə yaşayırlar. Buna baxmayaraq, biz onların ailə üzvləri ilə görüşürük, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq. Amma Gəncə şəhərində hələ də 14 nəfər mina qurbanı haqqında məlumat toplaya bilməmişik. Bu şəxslər yaşadıqları ünvanı dəyişdiklərindən, çox güman, Bakıda, bəlkə də xaricdə yaşdıqlarından tapa bilmirik. Amma axtarışlarımız davam edir."
R.Kərimoğlu bildirdi ki, layihənin icrası zamanı, bir çox minadan zərərçəkənin problemlərinin həlli üçün yerindəcə hərəkətə keçirik.Bir çox hallarda onların problemlərini həll edə bilirik.
Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hacı Lətifov bu xəstəxanaya direktor təyin OLUNDU
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
Ölkədə bu ənənə ləğv EDİLİR?
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
XƏBƏR LENTİ
-
Hacı Lətifov bu xəstəxanaya direktor təyin OLUNDU
-
Bələdiyyə binasında dəhşətli ANLAR: Balta ilə hücüm etdi - VİDEO
-
Tramp bronjiletdən imtina etdi
-
Yeni Klinikaya direktor təyin EDİLDİ - FOTO
-
Dəbdəbəli bağ evini GÖSTƏRDİ: “Röya ilə qonşuyam” - VİDEO
-
Tanınmış müğənni vəfat etdi - FOTO
-
Premyer Liqa mövsümünün ən pis 10 TRANSFERİ
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
İsrail BƏƏ-yə müasir silah sistemləri göndərib
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
O verilişlərin bağlanmasını istəyənlərə belə CAVAB VERDİ
-
Ölkədə bu ənənə ləğv EDİLİR?
-
Türkiyədə sərnişin avtobusu aşdı: Ölənlər və yaralananlar var - FOTO
-
Günlər 24 yox, 16 saat olub - İDDİA
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
“Fənərbağça” dünya ulduzunu TRANSFER EDİR
-
Trampa sui-qəsdin yeni görüntüləri yayıldı - VİDEO
-
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
-
Əməkdar artist: "Bunu etsəm, ölərəm"
-
May ayı BÜRClərə bunu vəd edir - Kim qazanacaq, kim itirəcək?





